Müalicə üçün Bakıya gətirilən məhbus yoxa çıxdı -   Sonuncu dəfə...

saytların hazırlanması

Evə çatdırılma

Müalicə üçün Bakıya gətirilən məhbus yoxa çıxdı - Sonuncu dəfə...

Kriminal

06 Sentyabr 2019 15:38 1133


Quba rayonunun 9 nömrəli koloniya-qəsəbəsinin məhbusu Səbail rayonu ərazisində yoxa çıxıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Oxu.az-a hüquq-mühafizə orqanlarından bildirilib.

Bakı sakini 1994-cü il təvəllüdlü Rzayev Emil Zülfi oğlunu sonuncu dəfə avqustdun 23-də, saat 02:00 radələrində, Salyan şosesindəki 17 nömrəli binanın qarşısında görüblər. Marqarita pizza

E.Rzayev nömrəsi bilinməyən "Audi Q7" markalı maşına minərək naməlum istiqamətdə hərəkət edib. Polislər maşının qaçırıldığını ehtimal edirlər.

Qeyd edək ki, 2017-ci ildə E.Rzaev odlu silahın qanunsuz daşınması və saxlanılmasında, eləcə də dələduzluqda ittiham olunaraq həbs edilib.

Məhbus paytaxta avqustun 22-də müalicə almaq niyyəti ilə gəlib.

Hazırda polis əməkdaşları axtarışları davam edir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!