Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Müalicəsi bitməyən “Toppuş bacı“: “Oktyabrın 1-də işə çıxacam“
20 Sen 2021 17:56
1180

Müalicəsi bitməyən “Toppuş bacı“: “Oktyabrın 1-də işə çıxacam“

"Hazırda kimyaterapiya alıram. 12 kimyaterapiyam var. Əslində? ilk vaxtlar həkim 6-sını edəcəyini demişdi. Amma orqanizmim zəifdir, bədənim qəbul etmir. Buna görə də yarıya böldülər. Bilirsiniz ki, sümüyümdə və ağciyərimdə yenidən törəmələr yarandı. Buna görə də müalicəyə yenidən başladıq. Bilmirəm, nəticə necə olacaq. Amma buna da qalib gələcəyimi düşünürəm".

Yenisabah.az xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasında Əməkdar artist Tünzalə Əliyeva deyib. Xərçəngdən əziyyət çəkən aktrisa hazırda müalicələrinin davam etdiyini söyləyib.

"Toppuş bacı" bildirib ki, yeni mövsümdə ARB TV ilə işbirliyini davam etdirəcək:

"Aparıcılığım davam edəcək, ya yox bilmirəm. Amma "Baldız" serialında rol alıram. bir də Dilarə Əliyevanın "Söhbət var" proqramında çıxış edirəm. İndi məzuniyyətdəyəm, oktyabrın 1-də işə çıxacam".

Bir vaxtlar xına evi açıb, özünə biznes quran Tünzalə bu işinin bağlandığını açıqlayıb:

"Xəstələnəndən sonra heç kim məni toya çağırmadı. Üç ildə cəmi iki-üç dəfə xınaya dəvət almışam. Xına evimi qəsdən bağlamadım, heç yerə çağrılmadım deyə bitdi. Layiq bilərlərsə, yenidən dəvət edərlər və işimi quraram".

Müalicəsi bitməyən “Toppuş bacı“: “Oktyabrın 1-də işə çıxacam“
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər