Müdafiə naziri Sübhan Bəkirovu yüksək vəzifəyə təyin etdi
29 İyn 2020 21:53
1062

Müdafiə naziri Sübhan Bəkirovu yüksək vəzifəyə təyin etdi

Müdafiə Nazirliyində yeni kadr təyinatı olub.

Yenisabah.az xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb. 

Sərəncama əsasən, kontr-admiral Sübhan Kamal oğlu Bəkirov Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı təyin edilib.

O, bundan əvvəl Hərbi Dəniz Qüvvələri komandanının müavini vəzifəsində işləyib.

Qeyd edək ki, Prezident İlham Əliyevin iyunun 25-də imzaladığı sərəncam ilə S.Bəkirova kontr-admiral ali hərbi rütbəsi verilib.

Xatırladaq ki, Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini bir neçə il idi 1-ci dərəcəli kapitan Zaur Hümmətov icra edirdi.  /Report

Oxşar xəbərlər