“Müdafiə Nazirliyi yaxın saatlarda Azərbaycan ictimaiyyətini daha yeni və şad xəbərlərlə sevindirəcək”
02 Okt 2020 01:44
1570

“Müdafiə Nazirliyi yaxın saatlarda Azərbaycan ictimaiyyətini daha yeni və şad xəbərlərlə sevindirəcək”

"Ermənistan Silahlı Qüvvələri hazırda depressiya vəziyyətindədir".

Yenisabah.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib.

Onun sözlərinə görə, ermənilərin Gorusdan Azərbaycan ərazisinə raket atmaları onu deməyə əsas verir ki, artıq onlar bütün ümidlərini kəsiblər: "Ermənilərin mülki insanlara atəş açması onların son nəfəslərindən xəbər verir. Artıq insanlar arasında çaşqınlıq yaratmaq üçün bu yola əl atırlar. Dünən onların atdıqları "Toçka-U" raketi partlamadı və bu, onların istifadə etdikləri silahların köhnə, bərbad olduğunu sübuta yetirdi. Azərbaycan Ordusu çox yüksək səviyyədə üzərinə düşəni yerinə yetirir və Ermənistanı daha ağır formada cəzalandırılacaq. Azərbaycan Müdafiə Nazirliyi də bu barədə ermənilərə xəbərdarlıq edib.

Ermənilər elə bir zərbə alacaqlar ki, bundan sonra bəlkə də Ermənistan dövlətinin mövcudluğu şübhə altına düşə bilər. Artıq düşmən minlərlə əsgər-zabitini, hərbi texnikasını itirib. Bu vaxta qədər Ermənistan bağırırdı ki, "güclü" ordusu var. Məlum oldu ki, onların ordu dedikləri başıpozuq dəstədən başqa bir şey deyil. Azərbaycan Ordusu qısa müddətdə bunu onlara sübut etdi. İnanıram ki, Azərbaycan Müdafiə Nazirliyi yaxın saatlarda Azərbaycan ictimaiyyətini daha yeni və şad xəbərlərlə sevindirəcək".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər