Müdafiə Nazirliyində mühüm görüş – Zakir Həsənov hərbi attaşelərlə bir araya gəldi

saytların hazırlanması

Evə çatdırılma

Müdafiə Nazirliyində mühüm görüş – Zakir Həsənov hərbi attaşelərlə bir araya gəldi

Rəsmi

03 Avqust 2026 19:22 94


Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərin nəzdində fəaliyyət göstərən hərbi attaşeləri ilə görüşüb. 

"Yeni Sabah" xəbər verir ki, müdafiə nazirinə cari il ərzində ölkəmizin digər ölkələrlə hərbi əməkdaşlığı üzrə mövcud vəziyyət, hərbi attaşelik aparatlarının fəaliyyəti və xarici ölkələrdə yeni təsis olunmuş attaşelik aparatları barədə ətraflı məlumat verilib.

Tədbirdə həmçinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dayanıqlı sülhün təmin olunması istiqamətində dövlətimizin həyata keçirdiyi siyasətin və ölkəmizdə ordu quruculuğu istiqamətində aparılan uğurlu islahatların təbliğinin vacibliyi vurğulanıb. Sezar pizza

General-polkovnik Z.Həsənov hərbi attaşelik aparatları tərəfindən xarici dövlətlərdə ölkəmizin milli maraqlarının qorunması və hərbi sahədə qarşılıqlı əməkdaşlığın inkişafı məqsədilə görülən işləri müsbət qiymətləndirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!