Müəllim 8-ci sinif şagirdinə... - Məktəbdə biabırçılıq

saytların hazırlanması

Evə çatdırılma

Müəllim 8-ci sinif şagirdinə... - Məktəbdə biabırçılıq

Sosial

14 Mart 2024 15:23 708


Xaçmaz rayonu Qusarçay kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Təbriz Adgözəlovun məktəbin 8-ci sinif şagirdinə qarşı uyğunsuz hərəkətləri ilə bağlı yayılımış informasiya barədə araşdırma aparılıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə Quba-Xaçmaz Regional Təhsil İdarəsi açıqlama yayıb. 

Araşdırmanın nəticəsində məlum olub ki, bu barədə məlumatı əldə edən kimi direktor və sosial psixoloq tərəfindən həmin şagirdlə söhbət aparılıb və bundan sonra müvafiq olaraq hüquq-mühafizə orqanlarına məlumat verilib: "Sözügedən müəllim isə araşdırma başlanılan zaman öz ərizəsi ilə işdən azad olunmaq üçün müraciət edib və onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Həmçinin, məktəbin direktoru səlahiyyətlərini icra edən direktor müavini də işdən azad edilməsi üçün ərizəsini təqdim edib.  pizza sifarişi

Hazırda məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!