Müəllim kimi işə qəbulun imtahanla keçirilməsinin səbəbi açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Müəllim kimi işə qəbulun imtahanla keçirilməsinin səbəbi açıqlandı

Sosial

10 İyul 2023 15:30 729


Müsabiqənin keçirildiyi ilk illərində MİQ üzrə elektron müraciətlərin sayı 10 min nəfər idisə, son iki ildə electron müraciətlərin sayı 60 mindən çoxdur. Bu il elektron müraciət edənlərin sayı 57 mindən çoxdur.

Yenisabah.az APA-ya xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli bildirib.

Onun sözlərinə görə, I qrup üzrə ən çox müraciət olunan ixtisas riyaziyyat, III ixtisas qrupu üzrə tarix müəllimliyi olub. Sezar pizza

Müəllimlərin niyə imtahanla seçilməsi məsələsinə gəldikdə isə Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva deyib ki, məqsəd ən yaxşıları seçməkdir:

“Müəllim olmaq istəyən hər kəs diplom əldə edir. Sadəcə bu gün məktəblərə o müəllimlər lazımdır ki, XXI əsrdə yaşaya, ayaq üstə dayana biləcək, peşəsini layiqincə qiymətləndirib şagirdin gələcəyi üçün çalışa biləcək müəllimi seçməkdir”.

O qeyd edib ki, əvvəllər MİQ imtahanının vaxtı 120 dəqiqə idi, indi isə 150 dəqiqədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!