Müəllim məktəbə qısa ətəkdə gedə bilər? -   “Bunun adı görməmişlik və səviyyəsizlikdir”

saytların hazırlanması

Evə çatdırılma

Müəllim məktəbə qısa ətəkdə gedə bilər? - “Bunun adı görməmişlik və səviyyəsizlikdir”

Sosial

31 May 2026 21:47 66


“Bəzi iş yerlərində dress-kod (müəyyən bir təşkilatda, müəssisədə işləyərkən və ya tədbirdə iştirak edərkən tələb olunan vahid geyim forması) ənənəsi var. Qanunda belə şey yazılmaz, ümumi baza mədəniyyətinə sahib insanlar bunu bilməlidir”.

“Yeni Sabah” xəbər verir ki, bunu vəkil Fərhad Mehdiyev deyib.

Onun sözlərinə görə, dövlət idarələrində, məktəblərdə, xəstəxanalarda, əhaliyə xidmət göstərilən yerlərdə dress-kod tətbiq olunur: Dördpendirli pizza

“Bəzi işyerlərində də bunu görə bilirsiniz, məsələn mcDonaldsda. Burda “Facebook”da təhsil forumu adlı qrupda bir xanım müəllimə deyir ki, geyimimizə qarışmayın, peşəmizdən nifrət etdirməyin. O xanım ola bilsin axşamlar kafedə selfi çəkdirib İnstada paylaşır, amma adi bir qaydanı bilmir ki, orta, ali və peşə məktəblərində dress-kod tətbiq olunmalıdır və xanımlar da qısa ətək və ya retuzla dərsə gələ bilməzlər. Eləsinə ilk dəfədə xəbərdarlıq, ikincisində töhmət, üçüncüsündə isə əmək müqaviləsinə xitam verilməlidir. Kişilər də həmçinin uzun belə olsa şortla və T-shirt ilə dərsə gələ bilməzlər. Bu nə azadlıqdır, nə də ki dəb - bunun adı görməmişlik və səviyyəsizlikdir. Görməmiş və səviyyəsizə yerini göstərməsən, sabah mütləq başına oturacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!