Müəllim olmaq istəyən 11 nəfərin nəticəsi ləğv edildi

saytların hazırlanması

Evə çatdırılma

Müəllim olmaq istəyən 11 nəfərin nəticəsi ləğv edildi

Sosial

25 İyul 2022 10:25 731


Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatıb. 

Təhsil Nazirliyindən Yenisabah.az-a verilən məlumata əsasən, 7 iş günündə keçirilən imtahanlarda 44 363 nəfər namizəd iştirak edib. 

Bildirilib ki, tes imtahanları Bakı, Gəncə, Ağcabədi, Lənkəran, Şamaxı, Mingəçevir, Salyan, Sumqayıt, Xaçmaz və Yevlaxda yaradılmış 15 imtahan mərkəzində təşkil olunub. Bu mərhələdə iştirak edən namizədlərdən 11 nəfərin nəticəsi imtahan qaydalarını pozduğu üçün ləğv edilib. pizza mizza

Növbəti mərhələdə namizədlərin vakansiya seçimi və müsahibə prosesi həyata keçiriləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!