Müəllim və həkimlərin maaşları artacaq? - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Müəllim və həkimlərin maaşları artacaq? - AÇIQLAMA

Sosial

19 Yanvar 2023 12:20 1494


"Vahid Tarif Cədvəli (VTC) üzrə artımlar həyata keçirildikdən sonra ünvanlanan suallar daha çox müəllim və həkimlərin maaşları ilə bağlıdır. Paylaşımlarda da ən çox şərhlər bu istiqamətdədir. Qeyd etmək istərdim ki, Səhiyyə Nazirliyinin tabeçiliyindəki müəssisələr VTC ilə tənzimləndiyi üçün onların əmək haqlarında artımlar artıq reallaşdı”. 

“Yeni Sabah” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.  

O, qeyd edib ki, səhiyyə sektorunda bir sıra müəssisələr sahə nazirliyinə, digərləri isə TƏBİB-ə tabedir: "Səhiyyə Nazirliyi tabeçiliyində olan müəssisələrdə çalışan və maaşları VTC ilə müəyyənləşən vətəndaşlarımızın əmək haqları son artımlara aid olundu”. Sezar pizza

Deputat qeyd edib ki, bu iki qurum maaş məbləği müəyyənləşən zaman əməyin məhsuldarlığı meyarına əsaslanmağa üstünlük verirlər:

"Bununla yanaşı, Elm və Təhsil Nazirliyinin və TƏBİB-in ayrıca əmək haqqı sxemi var. Bu qurumlar maaş məbləği müəyyənləşən zaman əməyin məhsuldarlığı meyarına əsaslanmağa üstünlük verirlər. Bu sektorlar üzrə çalışan və əmək haqqları minimum səviyyədən aşağı olanların maaşları artıq artırıldı. Çünki heç bir sektorda minimum əmək haqqı məbləğindən az maaş verilə bilməz”.

"Gözlənti isə ondan ibarətdir ki, hər iki sektorda aşağı maaşlarda artımlar həyata keçiriləcəyindən dərəcələr arası fərq nəzərə alınmaqla əmək haqqlar müəyyənləşdiyi üçün bu sahələrdə də maaş artımları mümkündür. Fevral ayının ilk həftəsinədək bu məsələnin aydınlaşacağı gözlənilir”, - deyə Vüqar Bayramov əlavə edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!