Müəllimin bu davranışı səs-küy yaratdı:   Nazirlik araşdırır - Foto

saytların hazırlanması

Evə çatdırılma

Müəllimin bu davranışı səs-küy yaratdı: Nazirlik araşdırır - Foto

Sosial

11 İyun 2023 19:56 19151


Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbinin ibtidai sinif müəllimi Yaqut Ağamalıyevanın son davranışı ilə bağlı araşdırma aparılır.

Yenisabah.az xəbər verir ki, bu barədə "Report"a Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib.

“Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbində 4-cü siniflərin buraxılışı ilə əlaqədar keçirilmiş tədbirdə çəkilmiş video görüntülərlə bağlı bildiririk ki, Abşeron-Xızı Regional Təhsil İdarəsi olaraq sözügedən məktəbin ibtidai sinif müəllimi Yaqut Ağamalıyevanın müəllim nüfuzuna xələl gətirən davranışını qınayır və belə halların yolverilməz olduğunu bir daha vurğulayırıq. Pepperoni pizza

Məsələ ilə əlaqədar İdarə tərəfindən araşdırma aparıldığını və ictimaiyyətə əlavə məlumat veriləcəyini bildiririk”, - idarədən qeyd edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!