Müəllimin şagirdə işgəncə videosu etirazlara səbəb oldu

saytların hazırlanması

Evə çatdırılma

Müəllimin şagirdə işgəncə videosu etirazlara səbəb oldu

Dünya

26 Avqust 2023 13:42 654


Hindistanın Uttar-Pradeş əyalətində yerləşən məktəbdə bir müəllimin müsəlman şagirdi alçaldaraq digər şagirdlərdən onu şillələməyi istədiyi video sosial şəbəkələrdə ciddi narazılıqlara səbəb olub.

Yenisabah.az xəbər verir ki, yerli medianın məlumatına görə, hadisə avqustun 24-də baş verib.

Belə ki, Trapta Tyaqi adlı müəllim sinif yoldaşlarının qarşısına gətirdiyi 7 yaşlı müsəlman uşağı dininə görə alçaldıb və digər şagirdlərdən növbə ilə ona şillə vurmalarını istəyib.   Dördpendirli pizza

Müəllim "Bütün müsəlman şagirdlər bu məktəbdən getməlidir. Bu, təhsili korlayır" -, deyə bildirib.

Xoşagəlməz hadisə  ilə bağlı "Aljazeera"yə danışan müsəlman oğlanın ailəsi əhalinin təxminən beşdə birini müsəlmanların təşkil etdiyi əyalətdə bu cür hadisənin baş verməsini sərt şəkildə qınayıb. Onlar baş verən hadisədən sonra oğullarının evə ağlayaraq gəldiyini bildirib. Onlar bunun ölkədəki müsəlman nifrətindən qaynaqlandığını iddia ediblər.

Video sosial şəbəkələrdə sürətlə yayılandan və sərt reaksiyalar gələndən sonra müəllimin onlardan üzr istədiyini bildirən ailə övladlarını bir daha eyni məktəbə göndərməməkdə qərarlı olduqlarını bildirib.

Yerli polis sosial şəbəkə istifadəçilərindən videonu paylaşmağı dayandırmağı xahiş edib. Hindistanın müxalifət lideri Rahul Qandi ölkənin Bharatiya Janata Partiyasının (BJP) hakimiyyəti altında olduğunu bildirib və cür hadisələrin hər küncdə artdığına işarə edib:

“Bu gün Hindistanda məktəb kimi müqəddəs bir yer də nifrət bazarına çevrilib, bu acınacaqlı vəziyyətdir”.

Sözügedən kadrları təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!