“Müəllimlər bilmədən şagirdləri bullinqə məruz qoyur” - Şöbə müdiri

saytların hazırlanması

Evə çatdırılma

“Müəllimlər bilmədən şagirdləri bullinqə məruz qoyur” - Şöbə müdiri

Sosial

04 Fevral 2022 16:15 795


"Bu il işə götürüləcək müəllimlər əlavə olaraq, sinif idarəetmə təlimindən keçəcəklər".

Yenisabah.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev deyib.

Nazirlik rəsmisi diqqətə çatdırıb ki, təlimlərin məqsədi gənc müəllimlərə sinfi idarəetmə təcrübəsi qazandırmaqdır: Marqarita pizza

“Bəzi hallarda gənc müəllimlərin sinfi idarə etməklə bağlı təcrübələri az olur. Onlar ötən ilki Müəllimlərin İşə Qəbulu İmtahanlarında (MİQ) uğur qazanıb müəllim olublar. Onların təcrübəsizliyi siniflərdə şagird intizamsızlığına gətirib çıxara bilər. Bu il hədəfləmişik ki, yeni işə götürüləcək müəllimlərə yeni tədris ili başlayana qədər, ən geci sentyabr ayının sonuna qədər onları sinif idarəetmə təlimindən keçirək. Bəzi hallarda müşahidə də edirik ki, müəllimlərimiz bilmədən şagirdləri bullinqlərə məruz qoyurlar. Bununla bağlı nazirlik Təhsil İnstitutuna tapşırıq verib ki, bullinqlə bağlı öyrədici materialların tədris resusrlarında artırılması istiqamətində işlər aparsın”. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    NƏ QƏDƏRKİ məktəbləri rüşvətxorlar idarə edəcəklər TƏHSİL SİSTEMİ QAYDAYA DÜŞMƏYƏCƏK.
    4 years ago