Müəllimlər dövlət qulluqçusu olsalar, hansı imtiyazlar əldə edəcəklər?   - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Müəllimlər dövlət qulluqçusu olsalar, hansı imtiyazlar əldə edəcəklər? - AÇIQLAMA

Sosial

24 Mart 2021 12:30 946


Tez-tez təhsil ictimaiyyətində müəllimlərin də dövlət qulluqçusu olmaq istəyi gündəmə gətirilir. Müəllimlərin əksəriyyəti bunun üstünlük olduğunu qeyd edir.

Bəs dövlət qulluqçularına hansı təminatlar verilir?

Yenisabah.az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov məsələni şərh edib. Marqarita pizza

“Dövlət qulluğu haqqında” Qanunun 21-ci maddəsinə əsasən,  dövlət qulluqçusuna layiqli həyat səviyyəsini təmin edən dövlət məvacibi və digər ödənişlər;  lazımi qulluq şəraiti, haqqı ödənilən məzuniyyət, dövlət qulluqçularının və onların ailə üzvlərinin icbari tibbi sığortası, müvafiq istiqamət üzrə əlavə təhsilalma hüququ verilir:

“ Bundan başqa dövlət qulluqçularının aşağıdakı təminatları var:

 - Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlmə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda üstünlük;

 - Pensiya təminatı və dövlət sosial sığortası;

 - Qulluq vəzifələrinin icrası ilə əlaqədar olaraq qanunla müəyyən edilmiş qaydada sığorta;

 - İcra edilən vəzifə öhdəliklərinin xarakteri nəzərə alınmaqla xidməti nəqliyyat və ya müvafiq kompensasiya almaq;

- Dövlət qulluqçusunun vəzifə öhdəliklərinin icrası ilə əlaqədar olaraq ona və onun ailə üzvlərinə qarşı törədilən zorakılıqdan,  hədələrdən və təhqirlərdən dövlət qulluqçusunun və onun ailə üzvlərinin müdafiəsi”.

“Həmçinin dövlət qulluqçusu bu qanunda nəzərdə tutulmuş hallardan başqa yalnız öz razılığı ilə aşağı maaşlı vəzifəyə keçirilə  bilər.

Qeyd edim ki, dövlət hakimiyyəti orqanlarının, habelə dövlət orqanları rəhbərliyinin tərkibinin dəyişməsi dövlət qulluğuna xitam verilməsi üçün əsas  deyildir”,-deyə ekspert əlavə edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!