Müəllimlər uşaqlara niyə işgəncə verir? - Psixoloq səbəblərini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Müəllimlər uşaqlara niyə işgəncə verir? - Psixoloq səbəblərini açıqladı

Sosial

03 Sentyabr 2022 12:53 1467


"Hər bir insanda mənfi və müsbət xarakterlər cəmlənib. Yaşlandıqda isə insanlar çox sayda problemlə qarşılaşırlar. Ola bilsin ki, kimsə ailəsindən ayrılır, birini sevgilisi tərk edir, bir başqası ailə üzvlərini itirir, maddi sıxıntı yaşayır. Sözsüz ki, bu cür hallar insanın mənəvi-psixoloji durumuna öz təsirini göstərir”.

Bu sözləri “Yeni Sabah”ın əməkdaşıyla söhbət zamanı psixoloq Vüsalə Rüstəm deyib. O, “Mehnur” Reabilitasiya Yaşam Mərkəzində əlil uşaqlara işgəncə verilməsinə münasibət bildirib:

“Uşaq vaxtı çox ağır psixi zərbələr almış insanlar da var ki, onlar böyüyür və müxtəlif peşə sahibi olurlar. İnsanlarlar çox zaman yaşadığı həyatı və problemi öz iş yerinə daşıyır. Bu nə ilə əlaqədardır? Əsas səbəb odur ki, özündə olan problemi anlamır. İnsanın özündə psixi problem var, amma o, təlimçidir, müəllimdir, həkimdir və digər aktiv sosial işlərdə çalışır. Bəzən isə daha acınacaqlı vəziyyətlə üzləşirik. Müəyyən strukturlarda kadr təyin edən adamın özünün psixi problemi olduğundan elə özünə bənzər insanları böyük insan kütləsini idarə etmək üçün göndərirlər. Dördpendirli pizza

Çox insan bunun fərqində olmur. Zamanla onların törətdiyi hadisələr nəticəsində cəmiyyət bundan xəbər tutur. Kütlə ilə işləyən adamların psixi durumu yerində olmasa, onları insanlarla işləməyə göndərmək olmaz. Ağır dərəcəli psixi xəstə cəmiyyətə xeyir verə bilməz. Problem ondadır ki, adi gözlə baxdıqda insanın psixi pozuntudan əziyyət çəkdiyini çox zaman müəyyən etmək mümkün olmur. Bu pozuntunu onun ətrafında olan insanlar daha yaxşı hiss edə bilir". 

Nəsimi ƏLƏSGƏRLİ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!