Müəllimlərin geyim forması haqqında qanuna düzəliş qəbul olundu

saytların hazırlanması

Evə çatdırılma

Müəllimlərin geyim forması haqqında qanuna düzəliş qəbul olundu

Sosial

07 İyul 2026 11:12 82


Milli Məclis dövlət ümumi təhsil müəssisələrində müəyyən edilmiş geyim tələblərinə riayət olunmasının hüquqi müstəvidə təsbitini son oxunuşda qəbul edib.

"Yeni Sabah" xəbər verir ki, bununla bağlı "Ümumi təhsil haqqında" qanuna dəyişiklik layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirəyə çıxarılıb.

Təhsilalanlarla bağlı qanunvericilikdə nəzərdə tutulan dəyişikliyin əsas məqsədi mövcud qaydaların hüquqi əsaslarını daha da dəqiqləşdirmək və onların bütün dövlət ümumi təhsil müəssisələrində vahid yanaşma əsasında tətbiqini təmin etməkdir. pizza sifarişi

Sənəddə təhsilverənlər üçün də geyimlə bağlı hüquqi əsasın yaradılması vurğulanıb.

Dəyişiklik dövlət ümumi təhsil müəssisələrində peşəkar iş mühitinin və təşkilati mədəniyyətin daha da möhkəmləndirilməsinə yönəlib.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!