Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə onlayn müsahibələrin nəticələri açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə onlayn müsahibələrin nəticələri açıqlandı

Sosial

24 Fevral 2021 21:16 679


5-18 fevral tarixlərində keçirilən müəllimlərin işə qəbulu müsabiqəsi üzrə onlayn müsahibələrin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onlayn müsahibələrdə iştirak edən 2912 namizəddən 2715-i müddətsiz müqavilə əsasında müəllim olaraq çalışmaq imkanı qazanıb. pizza

Qeyd edək ki, müəllimlərin işə qəbulu müsabiqəsi üzrə növbəti müsahibələrin keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək. Həmçinin, onlayn müsahibə mərhələsində uğur qazanmayan namizədlər üçün apelyasiya prosesinin təşkili nəzərdə tutulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!