Müəllimlərin işə qəbulu üzrə imtahanların vaxtı və yeri dəyişdirildi

saytların hazırlanması

Evə çatdırılma

Müəllimlərin işə qəbulu üzrə imtahanların vaxtı və yeri dəyişdirildi

Sosial

02 İyul 2021 22:05 1498


Təhsil Nazirliyi müəllimlərin işə qəbulu üzrə test imtahanlarında iştirak edəcək namizədlərə müraciət edib.

Nazirlikdən Yenisabah.az-a verilən məlumata görə, müəllimlərin işə qəbulu üzrə müsabiqədə faktiki yaşayış yerini Mingəçevir, Naftalan, Yevlax şəhəri, Goranboy və Ağdaş rayonu qeyd etmiş namizədlər üçün test imtahanı mərhələsinin Mingəçevir şəhər Texniki Humanitar Liseyində keçirilməsi nəzərdə tutulmuşdu.

İyulun 2-də Mingəçevir şəhər Telekommunikasiya qovşağında baş vermiş qəza ilə əlaqədar olaraq 5-9 iyul tarixlərində Mingəçevir şəhər Texniki Humanitar Liseyində keçiriləcək imtahana dəvət edilmiş namizədlərin imtahan məkanı və saatlarında dəyişiklik edilib. pizza hut

Namizədlərin imtahan verəcəyi yeni məkan və saatla bağlı müvafiq məlumatlar onların şəxsi səhifələrinə göndərilib.

Namizədlərdən şəxsi səhifələrinə daxil olaraq yenilənmiş məlumatlarla tanış olmaları xahiş olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!