Müəllimlərin maaşı 2-3 dəfə artmalıdır - Hadı Rəcəbli 

saytların hazırlanması

Evə çatdırılma

Müəllimlərin maaşı 2-3 dəfə artmalıdır - Hadı Rəcəbli 

Sosial

22 Noyabr 2023 16:24 656


“Müəllimlərlə bağlı elə söz deməmişəm. Mətbuatda yazılanlar iftira, uydurmadır”. 

Bu sözləri Bakupost.az-a müsahibəsində sabiq deputat, siyasi elmlər doktoru, professor Hadı Rəcəbli bildirib.

Fikirlərinin təhrif olunduğunu deyən H.Rəcəbli vurğulayıb ki, müəllimlərin maaşı 2-3 dəfə artırılmalıdır: Sezar pizza

“Müəllimin əlavə vaxtı varsa, hansısa peşə ilə məşğul ola bilər. Məsələn, repetitorluq. Baxın, bu gün Azərbaycanda nə qədər repetitor var. Kim onlara qadağa qoyub?! Müəllimlər var ki, elektron idarəetmədə iştirak edir.

Dünyanın başqa ölkələrinə baxın. Məsələn, İranda müəllimlərin böyük əksəriyyəti ticarətlə məşğuldur. Bunun əleyhinəyəm. Müəllim yüksək maaş alsın ki, başqa peşə ilə məşğul olmasın. Düşünürəm ki, müəllimlərin maaşını 2 dəfə artırsaq, yenə də az olacaq”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!