Müəllimlərin maaşındakı problem fevralın 3-dək həll olunacaq - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Müəllimlərin maaşındakı problem fevralın 3-dək həll olunacaq - RƏSMİ

Sosial

01 Fevral 2023 17:24 1249


Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxt məktəblərinin sertifikasiya prosesindən keçmiş ibtidai sinif müəllimlərinin yanvar ayı üzrə əməkhaqqılarının azalmasına münasibət bildirib. 

İdarədən Yenisabah.az-ın sorğusuna cavab olaraq bildirilib ki, müəllimlərin əməkhaqqında heç bir dəyişiklik olmayıb. 

"İlin əvvəli üçün elektron sistemdə müvafiq məlumatların emalı prosesi ilə bağlı fevralın 3-dək müəllimlərin əməkhaqqı məbləği tam olaraq ödəniləcək" - deyə İdarədən verilən məlumatda vurğulanıb.  Toyuqlu pizza

Qeyd edək ki, Bakı şəhərində çalışan və sertifikasiyadan keçən ibtidai sinif müəllimlərinin əməkhaqqının əvvəlki aylarla müqayisədə azalması müşahidə olunub. Belə ki, dünən yanvar üzrə maaşlar müəllimlərin hesabına köçütrülərkən məlum olub ki, 1 sentyabr 2022-ci il tarixindən hesablanan artımlar kəsilib. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!