“Müəllimlərin vakansiyasının gizlədilməsi faktı az da olsa var” - Emin Əmrullayev

saytların hazırlanması

Evə çatdırılma

“Müəllimlərin vakansiyasının gizlədilməsi faktı az da olsa var” - Emin Əmrullayev

Sosial

12 Sentyabr 2021 22:27 1632


"Hər il müəllim vakansiyası ilə bağlı müəyyən problemlər olur. Yerlərin gizlədilməsi faktı az da olsa var".

Yenisabah.az xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev "Real TV"yə müsahibəsində deyib.

Nazir bildirib ki, müəllimlərin bir neçə dəfə imtahan verməsi ilə bağlı qaydalara dəyişiklik edilə bilər: "Bir neçə məktəbə müəllim seçmək səlahiyyəti verilə bilər. Amma vacib məsələ şəffaflıqdır. Müəllim və resurs seçimində məktəb direktorunun səlahiyyətləri olacaq. İlk növbədə bacarıqlara yönəlik yaxın 3-4 il ərzində müəllimlərin işə qəbulu ilə bağlı yeniliklər olacaq. Düşünürəm ki, imtahanların mərkəzləşdirilmiş qaydada olması hələ qalacaq"./Report Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!