Müfəttiş: “Aptekdə iynə vurulması məsuliyyət yaradır“

saytların hazırlanması

Evə çatdırılma

Müfəttiş: “Aptekdə iynə vurulması məsuliyyət yaradır“

Sosial

07 Mart 2023 15:10 717


“Apteklərdə iynə vurulması və ya sistem qoşulması halları aşkar edildikdə həmin aptek qanunverciliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilə bilər”.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu Analitik Ekspertiza Mərkəzinin müfəttişi Elvin Nağıyev deyib.

Onun sözlərinə görə, yalnız həyat üçün təhlükə yarandığı halda apteklərə gətirilən xəstələrə ilkin tibbi yardım göstərilə bilər: Dominos pizza

“Burada ilkin yardım kimi qanda şəkərin miqdarının təyin olunması, arterial təzyiqin, bədən hərarətinin, boyun və çəkinin ölçülməsi kimi üsullardan istifadə oluna bilər. Aptek təşkilatlarında iynə vurulmamalı, sistem qoşulmamalıdır”.

“Ümumiyyətlə səhhətində narahatlıq hiss edən şəxslərin təcili tibbi yardıma, yaxud xəstəxanalara müraciət etmələri daha məqsədə uyğundur”-, deyə E. Nağıyev vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!