Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunda tikinti işləri nə zaman başa çatacaq? - Video

saytların hazırlanması

Evə çatdırılma

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunda tikinti işləri nə zaman başa çatacaq? - Video

Sosial

28 May 2025 01:09 1140


Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunda aparılan tikinti işləri sürətlə davam edir.

Baku TV-nin əməkdaşı ərazidə olub və görülən işlərlə bağlı məlumat verib.

Bildirilib ki, artıq yolun 70 faizi hazırdır. Magistral ikinci texniki dərəcəyə uyğun inşa olunur və ümumi uzunluğu 85.6 kilometrdir. Ərazidə eyni zamanda uzunluğu 885 metr olan tunelin tikintisi həyata keçirilir. Dominos pizza

Hazırda tunelin 400 metrdən çox hissəsi qazılaraq açılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) şöbə rəisi Asim Məmmədli bildirib ki, Ağsuçay vadisində uzunluğu 1186 metr olan unikal avtomobil körpüsünün tikintisi də davam etdirilir.

Tikinti işlərinin bu ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur. Körpü və tunelin isə gələn il istifadəyə verilməsi planlaşdırılır.

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!