Müğənni Azərin Türkiyənin tikinti şirkətlərindən gileyləndi

Müğənni Azərin Türkiyənin tikinti şirkətlərindən gileyləndi

Şou

07 Fevral 2023 11:35 737


“Allah özü kömək olsun, bütün gecə dualar etmişik. Oradakı insanlar soyuqda qalıblar. Həmin görüntüləri izləmək olmur. Xüsusilə də dağıntılar altından çıxarılan uşaqları izləyəndə insan sevinc göz yaşları tökür ki, xilas edilirlər”.

Yenisabah.az Olay-a istinadla xəbər verir ki, bu sözləri “Səhər mərkəzi” verilişinə telefonla qoşulan Xalq artisti Azərin deyib.

O, Türkiyədə baş verən zəlzələ ərazilərdəki binaların möhkəm inşa edilməməsindən gileylənib:

“Türkiyə zəlzələ üzərində olan bir ölkədir. Bundan sonrakı dövrlərdə Allah hidayət versin, o binaları inşa edənlərə. Təsəvvür edin, 3 ilin binası çöküb. Allah hidayət versin, o insanlara ki Türkiyədə bu binaları tikirlər. Allah bizə bu sınaqdan alnıaçıq çıxğmağı nəsib etsin, bir də bu fəlakətləri göstərməsin. Biz də nəticə çıxaraq. Bundan sonra bu bölgələrdə dözümlü binalar tikilsin. Çünki bu insan həyatıdır. Bu binalar o vəziyyətdə olmamalıdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!