Müğənni evi tərk edən tələbənin təhsil haqqını ödəmək istəyir - Nümunəvi addım

saytların hazırlanması

Evə çatdırılma

Müğənni evi tərk edən tələbənin təhsil haqqını ödəmək istəyir - Nümunəvi addım

Şou

20 Avqust 2019 14:08 1598


Azərbaycan Dillər Universitetinin (ADU) tələbəsi Orxan Bağızadənin təhsil haqqını gənc müğənni Mehin Hümbətova ödəyəcək.

"Yeni Sabah" bildirir ki, müğənni bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, Orxan Bağızadənin təhsil haqqını ödəməyi öz üzərinə götürmək istədiyini deyib: Marqarita pizza

“Bu hadisənin yaşandığına görə çox təəssüf edirəm. Belə valideynlərə ayıb olsun! Övladının gələcəyi ilə oynayan, seçiminə qarışan insan valideyn adına ləkədir. Orxanı tanıyan kimsə varsa, xahiş edirəm, mənimlə əlaqələndirin. Onun təhsil haqqını öz üzərimə götürərəm”.

O.Bağızadənin illik təhsil haqqı 1000 manat təşkil edir.

Xatırladaq ki, Universitetin Tərcümə fakültəsinin Fransız dili ixtisasına qəbul olan Orxan Bağızadənin atası onun təhsil almasına icazə verməyib. O.Bağırzadə evi tərk etməli olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!