Türkiyəli müğənni Sezen Aksu “İstiqlal Marşı”nın müəllifi Mehmet Akif Ərsoyun evini gözəllik salonuna çevirəcək.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi 350 min lirəyə aldığı evi gözəllik salonuna çevirəcəyini açıqlayıb. Üç mərtəbəli evi 500 min lirə xərc çəkərək təmir etdirən S.Aksu evin görüntüsündə elə də ciddi dəyişiklik etməyib.
Qeyd edək ki, Mehmet Akif Ərsoy Bəylərbəyi ərazisindəki evdə bir il yaşayıb. Qonşuluqda yaşayan yaşlı sakinlər Sezen Aksunun evi satın aldığını eşidəndə oranı sənət ocağına çevirəcəyini düşünərək sevinisələr də, evin gözəllik salonuna çevrilməsi onları məmnun etməyib. Dördpendirli pizza
Telegram kanalımız