Türkiyəli müğənni Dərya Uluğ evli kişinin ona yazdığı mesajı sosial media hesabından paylaşıb.
“Yeni Sabah” Türkiyə mediasına istinadən xəbər verir ki, ifaçıya gələn mesajda belə yazılıb:
“Evliyəm, iki uşağım, bir də təəssüf ki, həyat yoldaşım var. O da sizə sataşmağıma icazə verir. Əgər istəsəniz, sizinlə yemək yemək istəyərəm”. pizza mizza
Ona yazılan mesajı ilk dəfə paylaşdığını deyən müğənni od püskürüb:
“İlk dəfədir bir mesajı paylaşıram, yazanın adından utanaraq. Bu necə zehniyyətdir? Əxlaqınızı, insanlığınızı, sədaqətinizi, qəlbinizi doğru yola dəvət edirəm”.

Əsmətxanım
Telegram kanalımız