Müğənni pərəstişkarını həbs etdirmək istəyir

saytların hazırlanması

Evə çatdırılma

Müğənni pərəstişkarını həbs etdirmək istəyir

Şou

14 Yanvar 2021 15:34 887


Türkiyəli müğənni Rafet El Romanın başına iş gəlib.

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ticarət mərkəzlərindən birində olan müğənniyə gözlənilmədən fanatlarından biri yaxınlaşaraq ondan səsini dinləməyini xahiş edib. Pərəstişkarının qəlbini qırmaq istəməyən sənətçi onu dinləyib, lakin səsini bəyənmədiyini bildirib.

Bundan sonra Sümeyye A. adlı qadın Rafet El Romanın telefon nömrəsini sevgilisi Ümit adlı şəxsə verir. Ümit isə öz növbəsində müğənniyə  zəng edərək, onu təhqir edir. Rafet El Roman onu təhqir edən şəxsdən şikayətçi olaraq həmin adamı məhkəməyə verib. pizza hut

Bundan sonra həmin şəxslər Rafetdən şikayət ərizəsini geri götürməyini istəsələr də ifaçı bunu etməyib.

Hazırda araşdırma aparılır, məhkəmədən sonra onların 4 ilə qədər həbs olunması gözlənilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!