Nazirlər Kabineti “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatı”nda dəyişiklik edib.
Yenisabah.az xəbər verir ki, bu barədə sənədi Baş nazir Əli Əsədov imzalayıb.
Sənəd müharibə əlillərinə təqaüd verilməsini ehtiva edir. Marqarita pizza
Belə ki, müharibə ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilən təqaüd” maddəsinə müharibə ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən olunmuş şəxslərə təsis edilmiş təqaüdün ödənilməsi ilə bağlı xərclər daxildir.
Bugünkü dəyişikliklə büdcə xərclərinin iqtisadi təsnifatının “Təqaüdlər” paraqrafına yeni bənd əlavə olunub.
“Təqaüdlər” paraqrafına müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilən təqaüd xərcləri daxil edilib.
Telegram kanalımız