“Mənim Ali Baş Komandanım var. O, nə desə, odur. Müharibə olduğunu desə, deməli, müharibədir, desə, sülhdür, deməli, sülhdür. Belə bir vəziyyətdə hər birimizin hansısa fikirlər irəli sürməyi qətiyyən düz deyil. Çünki əvvəlki vəziyyət və populizm vaxtı deyil”.
Bu sözləri Yenisabah.az-a hərbi jurnalist İlqar Mikayıloğlu deyib:
Onun sözlərinə görə, insanları müharibədən soyudan fikirlər sadəcə ara qarışdırmağa, avantüraya gedən yoldur: Dominos pizza
“Müharibələrdən sonra qazi və şahid ailələrinə diqqət yetirilmir” fikirlərinin yayılmasında daha çox siyasi aspektləri axtarmaq lazımdır. Bunu da tapmaq çox asandır. Kənar qüvvələr çox gözəl bilir və Azərbaycan xalqı ayağa qalxanda onun qarşısında heç kəsin dayana bilmədiyini çox gözəl görür. Bu, pafos deyil. Bunu İkinci Qarabağ müharibəsində sübut etmişik. Hazırda kənar qüvvələr Azərbaycanı mümkün hərbi əməliyyatlardan uzaqlaşdırmaq üçün bu tip avantüralara əl atır. Təəssüf ki, bu tip qüvvələrin avantürasına gedən şəxslər də olur. Müharibə başlasa, yenə də gedib döyüşəcəyəm”.
İ. Mikayıloğlu davamlı müharibənin insanlarda qıcıq formalaşdırdığı fikrinə belə münasibət bildirib:
“Azərbaycan olaraq qarşımızda tapşırıqlarımız var. Mən bu ölkənin vətəndaşıyam. Bir vətəndaş kimi yalnız və yalnız ölkənin ümumi strategiyasına cavab verən məsələlərin tərəfində dayanıram. Bizə lazım olan Azərbaycanın təhlükəsizliyinin təmin edilməsidir. Hansısa kənar qüvvə zəif damarımızdan tutub populizm hesabına insanları ordudan, birlikdən, vəhdət olmaqdan soyutmağa çalışırsa, bu cəhdlər Azərbaycanın inkişafını istəməyən qüvvələrin ortaya atdığı məsələdir”.
“Birinci Qarabağ müharibəsində yaralanmışam, müharibə veteranıyam. İkinci Qarabağ müharibəsində oğlum orduda olub. İkinci Qarabağ Müharibəsində iki şəhid vermişəm. Amma müharibə olmalıdırsa, deməli, olmalıdır”, - deyə hərbi jurnalist vurğulayıb.
İmamət İSMAYILOVA
Telegram kanalımız