“Müharibə Rusiya ərazisinə keçir, bunu dayandırmaq mümkün deyil“ - Podolyak 

saytların hazırlanması

Evə çatdırılma

“Müharibə Rusiya ərazisinə keçir, bunu dayandırmaq mümkün deyil“ - Podolyak 

Dünya

30 Avqust 2023 17:38 603


“Müharibə getdikcə Rusiya ərazisinə keçir, bunu dayandırmaq mümkün deyil”. 

“Report” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak “X”də yazıb.

Onun sözlərinə görə, Rusiya ərazisinə zərbə endirilməməsi ilə bağlı çağırışlar qəribə görünür: “Bu çağırışlar Rusiyanı işğalı davam etdirməyə təşviq edir. Ukrayna Rusiya ərazisinə zərbələr endirmək üçün tərəfdaşlarının silahlarından istifadə etməmək öhdəliyinə ciddi şəkildə riayət edir və yalnız müdafiə müharibəsi aparır”. Marqarita pizza

M.Podolyak bildirib ki, danışıqlar müzakirə mövzusu deyil: “Rusiya getdikcə xaosa sürüklənəcək. Nə qədər ki, Vladimir Putin prezidentdir danışıqlar olmayacaq”.

Qeyd edək ki, Ukrayna son günlər Rusiya ərazisinə zərbələr endirir.

Ukrayna bu gecə Rusiya ərazisində indiyə qədərki ən güclü PUA hücumunu həyata keçirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!