Müharibə veteranlarına şad xəbər: Təqaüdləri artırılacaq

saytların hazırlanması

Evə çatdırılma

Müharibə veteranlarına şad xəbər: Təqaüdləri artırılacaq

Sosial

29 Fevral 2024 16:36 30452


“Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün məbləğinin artırılması təklif olunur. 

Konkret.az xəbər verir ki, bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb. 

Qeyd olunub ki, müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün məbləğinin artırılması təklif edilir.  Sezar pizza

Xatırladaq ki, hazırda müharibə veteranlarına 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Rüfət
    Bir VETERAN kimi Yaziramki Artsa çox Gözəl olar işsiz Veteranlarimiz var.Maas duz əməlli deyil Hecolmasa Maraqlansaniz Çox sevinerdim Biz Veteranlarada AVtobus və metro Pulsuz olsa Çox gozəl olar ... Qonşu Olkələrdə VEteranlara Çox fərqli yanasirlar 80manatla bizim basimizi Aldatmayin ...Sabah Yenede Müharibə ola bilər Cunki Sülh sazişi imlanamayib Hər saniyə Müharibə basliya bilər Biz VEteranlar Daxil olmaqla Yenədə Əldə silah Vətənimizi Qorumaga bizlər gedeceyik ... Çox XAHİŞ Ediremki Alİ Baş Komandirdənki Biz veteran Təqaüdlərimiz Artırsın.4-5medal Təqdim edib Allah razı olsun Medallarin Sayi qədər Təqaüd alsaq cox gözəl olar ....Elə Veteranlarimiz varki Yaralanib ama əlillik derecesi Dusməyib Bunlar nəzərə alınsın...
    2 years ago
  • Mehemmed
    Men birinci Qarabag müharibe veteranl yam Cox meqsede uygun olar ki 200 manat olsa
    2 years ago
  • Mikayılov Knyaz
    Mən Birinci Qarabağ müharibəsi vetranıyam.4il 2 ay ön cəbhədə düşmənlə mübarizə aparmışam.Hal-hazırda 4 övladım var:2-si ali məktəbdə 2-si isə orta məktəbdə təhsil alır.Evimiz,iş yerimiz yoxdur.1998-ci ildə dövlət tərəfindən verilən həyətyanı torpaq sahəsinə reyestr sənəd vermir.Heç bir yerdən əlavə gəlir əldə etmirəm.İndiki vaxtda ayda cəmi 80 manatla nə etmək olar? Bəs biz dərdimizi kimə deyək?
    2 years ago
  • İntiqam
    Yeni sabah" məlumatı hansı mənbəyə əsasən yayırsınız .?Ambusmanın " məruzəsi" əsas deyil . O konkret olaraq təklif də verməyib
    2 years ago
  • Elnara
    Artıb nə qədər olacaq? 85 manat ya 95 manat? Bizdə məgər bundan artıq artırılır ki? Başqa vaxt ağız dolusu zəfərdən danışırlar. Qalib ölkənin veteranı 4 ildir 80 manat alırsa,bu zəfər zəhərə dönər.
    2 years ago
  • Nizami
    Yaxşı olardı müharibə veteranların kredit borcları bağlanardı Çox sevindirici hal olardı
    2 years ago
  • Qazi
    Cənab Ali baş komandan 80 manatı artrmaq istəsə artrar yəni vetranlarına 80 manatı çox görür ama vetranlar öz həyatını Vətən üçün çox görmədi inanım yoxdu bu məbləğ artrırarlar
    2 years ago
  • Amil
    tebiki qalxsa gozel olar 80 m dehwetli derecede cox azdi
    2 years ago
  • Elşən
    Mən 44 günlük Vətən müharibəsinin iştirakçısı, zabitiyəm. Bununla fəxr edirəm. Amma mənim əsgərim müharibədə kontuziya aldığına görə sərbəst danışa bilmədiyimdən işə götürmürlər. Ailəlidir və 2 uşağı var. Verilən bu 80 manatla 4 nəfərlik ailənin necə yaşadığını təsəvvür edin....
    2 years ago
  • NenexanlmNURALIYEVA
    ayile başclsl nl itirmisem 240 manat allram iki uşaga çatmlr Yen'de xayiş edrem mende komek edin
    2 years ago
  • NenexanlmNURALIYEVA
    ayile başclsl nl itirmisem 240 manat allram iki uşaga çatmlr Yen'de xayiş edrem mende komek edin
    2 years ago
  • Alim
    Sualım var. Qeyd olunub ki, müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün məbləğinin artırılması təklif edilir. İfadəsi ilə xəbərin başlığının nə əlaqəsi var? Müharibə veteranlarına şad xəbər: Təqaüdləri artırılacaq.
    2 years ago
  • Madina
    Mən veteranam,hər ay digər veteranlar kimi 80 manat alıram. Bu günki xidmətlərə görə veteran pulu 120 manat olsa daha yaxşı olar. Çünki xərclər qalxır
    2 years ago
  • Xeyal
    Salam məndə 44 günlük müharibə veteranıyam 80 azn müv ainət indiki dövürdə çox azdı inanınki tez bir zamanda buda normal məbləğdə qalxar
    2 years ago
  • Elşən
    Mən 44 günlük vətən müharibəmizdə iştirak etməyimə baxmayaraq indiyə qədər veteranlıq adını və 80 manat təqaüdü ala bilmirəm Baxmayaraq Ki hərbi biletimdə iştirak etməyim yazılıb möhürlə təsdiq olunub və Laçının azad olunması medalıda verilib!
    2 years ago