“Müharibədə oğlunu itirənlər Sarkisyana, Tonoyana lənət oxuyur” – Erməni mediası 

saytların hazırlanması

Evə çatdırılma

“Müharibədə oğlunu itirənlər Sarkisyana, Tonoyana lənət oxuyur” – Erməni mediası 

Dünya

24 Sentyabr 2021 10:12 1241


“Faciəmiz, fərqli intellektual və təhsil səviyyələrinə malik olaraq, sosial mülkiyyət statuslarında bu qədər bölünməyimiz deyil. Faciə budur ki, ortaq bir şeyimiz yoxdur - ortaq düşüncələrimiz, məqsədlərimiz və xəyallarımız yoxdur”.

Yenisabah.az xəbər verir ki, bunu Ermənistanın “Hraparak” nəşri yazıb. Ermənistan hakimiyyətini tənqid edən materialda bildirilir ki, vətən və dövlətin varlığı ermənilər üçün əsas məqsəd və birləşdirici amil deyil:

“Çünki bəzi insanlar dövlətimizə təhlükə yaradan düşməndən daha çox bizə nifrət edir. Və dövlətimiz sabah süqut etsə, onlar başqa ölkələrə gedəcək və heç nə olmamış kimi yaşayacaqlar. Sadə bir özünü müdafiə hissi belə bizi birləşdirmir.

Türkləri 1992-ci ildən sonra yalnız televiziyada görən qadın, “Serj olsaydı, kəndimizi türklər ələ keçirərdi. Hələ də dağda qalmaları Nikolun lütfüdür” deyir.

Tariximizə hörmət bizi birləşdirmir. Hətta Böyük Tiqran və Aram Manukyana münasibət də birmənalı deyil. Müharibədə oğlunu itirənlər Vazgen Sarkisyana, Karin Tonoyana və Qegam Nazaryana lənət oxuyur indi”.

Rafi Müslümov

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!