Rusiyanın Ukraynaya hərbi hücumunu pisləyən rus jurnalist Mariya Ponomarenkonun ruhi xəstəxanaya aparıldığı bildirilir.
Yenisabah.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.
Səhhətində heç bir problemi olmadığı halda jurnalistin ruhi xəstəxanaya yerləşdirilməsi təəccüb doğurur.
Hökumətin hədəfində olan jurnalist Mariya Ponomarenko Rusiyanın Ukraynaya qarşı müharibə aparmasının əleyhinə çıxışlar edib. O, “Ağıllı insanlar sülh tərəfdarıdır” deyərək Rusiya rəhbərliyini tənqid edib. Daha sonra ruhi xəstəxanaya göndərilib.
İki uşaq anası olan 44 yaşlı Mariya Ponomarenko iddia edir ki, hakimiyyət müharibəyə qarşı çıxdığı üçün onu susdurmağa çalışıb. Rusiya rəsmiləri isə jurnalisti “Ukraynanın xüsusi hərbi əməliyyatı” ilə bağlı “ saxta” xəbərlər yaymaqda ittiham edib.|Modern.az
Telegram kanalımız