Muharrem İnce bu mövqeyinə görə tənqid olundu   - Video

saytların hazırlanması

Evə çatdırılma

Muharrem İnce bu mövqeyinə görə tənqid olundu - Video

Sosial

19 Aprel 2023 14:48 675


Türkiyədəki müxalif “Memleket” Partiyasının sədri Muharrem İncenin son bəyanatı tənqidlərə səbəb olub. 

Yenisabah.az xəbər verir ki, ötən axşam Oğuzhan Uğurun “YouTube” platfromasındakı “BaBaLa TV” kanalının qonağı olan partiya sədri açıqlamaları ilə diqqət çəkib. 

Belə ki, sabiq CHP-li keçmiş həmkarlarının bostanına daş ataraq, başda CHP lideri Kemal Kılıçdaroğlu olmaqla bir çox keçmiş partiyadaşını günahlandırıb. Marqarita pizza

Müxalif CHP-yə qarşı sərt fikirləri ilə gündəmə gələn İnceyə verilən suallar arasında Türkiyənin son 20 illik siyasi sferasının vəziyyəti də tamaşaçılar tərəfindən soruşulub. 

Diqqət çəkən əsas məqam isə İncenin hakim AKP-yə qarşı loyal fikirlər səsləndirməsi olub. İzləyicilər onu 14 may seçkilərində prezident Rəcəb Tayyib Ərdoğanla siyasi müstəvidə mübarizə aparmaqdan çox Kemal Kılıçdaroğludan intiqam almaq istəyində günahlandırıb.

Həmin görüntüləri təqdim edirik: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!