“Muhteşem Yüzyıl” prodüserinin saç müayinəsində kokain çıxdı

saytların hazırlanması

Evə çatdırılma

“Muhteşem Yüzyıl” prodüserinin saç müayinəsində kokain çıxdı

Şou

06 Yanvar 2026 14:29 381


Türkiyədə narkotiklərlə bağlı istintaq çərçivəsində saxlanılan film prodüseri Timur Savcıdan götürülən qan və saç nümunələrinin nəticələri məlum olub. 

“Yeni Sabah” xəbər verir ki, qan nümunələrində narkotik və ya psixotrop maddələrə rast gəlinməyib. Lakin saç nümunələrinin analizində kokain maddəsinin mövcudluğu aşkar edilib.

İstintaq materiallarında Savcının aparıcı Ela Rümeysa Cebeci ilə narkotiklə təmin etmək məzmunlu yazışmaları da yer alıb. Dominos pizza

Faktla bağlı İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan araşdırma davam edir.

Timur Savcı Türkiyənin tanınmış prodüserlərindən biridir. O, "TİMS&B Productions" şirkətinin həmtəsisçisi və “Muhteşem Yüzyıl”, “Teşkilat”, “Kuruluş Osman” kimi reytinqli serial layihələrinin prodüseri kimi tanınır.

İlhamə Qasımlı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!