Murad Arif: “Şou-biznes qeyri-ciddi, əyyaşlıq, pozğunluqla sərhədlənib”

saytların hazırlanması

Evə çatdırılma

Murad Arif: “Şou-biznes qeyri-ciddi, əyyaşlıq, pozğunluqla sərhədlənib”

Şou

02 Oktyabr 2019 15:07 1329


Müğənni - bəstəkar Murad Arif  İTV-də yayımlanan “3D” proqramının növbəti qonağı olub.

“Yeni Sabah” xəbər verir ki, o, şou biznesin buhünkü vəziyyətə gəlməsinin günahını özəl televiziyalarda görüb:

“Formalaşmaqda olan özəl TV-lər son 10 ildə ölkəmin istedadlı, zövqlü insanlarını üz-üzə qoydular. Onların da canında az deyil. Sənət adamları emosional olur. Yersiz məqamda yersiz ifadələr işlədir. Bundan reytinq qazanmaq, öz sosiska-kolbasalarını satmaq istəyən özəl televiziya institutları bacardıqları qədər sui-istifadə etdilər. pizza sifarişi

Klip saatları çıxarıldı, yerinə qalmaqal verilişləri çoxaldı. Aygünü, Faiqi, Brilliantı, Zülfiyyəsi mahnı yazıb, klip çıxarmaq həvəsində olmadı. Bu sujetlər çoxaldıqca, insanlar rəy yarandı: Müğənni içir, ağzına gələni danışır, filan şəkildə özünü təqdim edə bilmir və sairə. Azərbaycanda “MTV Azərbaycan” olduğu üçün digər özəl kanallardakı verilişlərə getmirəm. 15 il öncə məcbur idim ki, palaza bürünüb, yerlə sürünüm. İndi hər şeyi yenidən başlamaq çətindir. Həmin sujetlərə, xəbərlərə görə, şou-biznes qeyri-ciddi, əyyaşlıq, pozğunluqla sərhədlənən çevrədir”.

Əsmətxanım

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!