Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olmuş polkovnik-leytenantın nəşi tapıldı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olmuş polkovnik-leytenantın nəşi tapıldı - Fotolar

Sosial

24 Yanvar 2021 15:17 1032


44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusunun daha bir itkin düşmüş hərbçisinin şəhid olduğu aşkarlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumatv yayılıb.

Bildirilib ki, Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olan tabor komandiri, polkovnik-leytenant Atəm Əliyevin nəşi tapılıb. Dominos pizza

Polkovnik-leytenant Əliyev Atəm Vaqif oğlu 1982-ci ildə Ağdaşın Abad kəndində anadan olub. O, həyatının 20 ilini Azərbaycan Ordusuna həsr edib.

Vətən müharibəsində taboru ilə birlikdə Murovdağdakı bir çox yüksəkliklərin alınmasında iştirak edib, daha sonra həmin istiqamətdə gedən döyüşlərdə itkin düşmüşdü.

Ailəli və iki övladı var idi.

/Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!