Müsavat başqanının müavini: “Atam məni şillələyən müəllimə dedi ki...“

saytların hazırlanması

Evə çatdırılma

Müsavat başqanının müavini: “Atam məni şillələyən müəllimə dedi ki...“

Sosial

28 Yanvar 2022 14:25 881


Son günlər orta məktəblərdə baş verən özbaşınalıqlarla bağlı siyasilər də fikir bildirməyə başlayıblar.

Müsavat başqanının müavini Razim Əmiraslanlının məsələyə münasibəti özünəməxsus olub.

Yenisabah.az xəbər verir ki. R.Əmiraslanlı orta məktəbdə yaxşı qiymətlər aldığını, hətta müəllimi tərəfindən şillələndiyini də etiraf edib: Pepperoni pizza

“Orta məktəbi tam əla qiymətlərlə bitirmişəm. Müəllimlərim də xətrimi çox istəyirdilər. Bir dəfə aşağı sinifdə oxuyanda sinif yoldaşlarımdan birinə kömək etdiyim üçün müəllimlərimdən birinin tərs şilləsini yemişəm. Mən bunu evdə deməsəm də atam kimdənsə eşitmişdi, amma nə üstündə şillə yediyimi bilmirdi.

Atam həmin müəllimlə görüşür və deyir ki, “Çox sağ ol, əlindən öpürəm”. Valideyinlər üçün uşağın tərbiyəsi və təhsili çox önəmli olmalıdır. Müəllimlərə töhmət vermək yox, uşaqlara tərbiyə vermək lazımdır". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!