Müşviq Abbasovdan tənqidlərə reaksiya:   “Hamısı qələt edir...”

saytların hazırlanması

Evə çatdırılma

Müşviq Abbasovdan tənqidlərə reaksiya: “Hamısı qələt edir...”

Sosial

24 Yanvar 2022 13:18 11748


Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil edən “Şuşa” komandasının rəhbəri, ssenarist və prodüser Müşviq Abbasov komandanın adının “Buta” ilə dəyişdirilməsi barədə yazılan tənqidlərə münasibət bildirib.

“Yeni Sabah” xəbər verir ki, Müşviq Abbasov Ölkə.Az-a açıqlamasında komandamızı tənqid edənlərə çağırış edib:

“Hamısı qələt edirlər, başlarını daşa döyürlər. Qeyrətləri, namusları, bircə qram vətənpərvərlik hissləri varsa, bütün bu neqativ yazanların, müsahibə verənlərin şəxsiyyətli, şəxsiyyətsiz olanların namuslu, namussuz olanların fərqi yoxdur, hamısına çağırış edirəm. İnşallah, mart ayında 1/8 finalda Sankt-Peterburq şəhərində bizim birinci oyunumuz “Şuşa” adı ilə olacaq. Yenə də deyirəm, əgər onların şəxsiyyətləri varsa, oyunumuza bilet alıb gəlsinlər, dəstəkləsinlər, bizi alqışlasınlar və şahid olsunlar ki, aparıcı bizi necə təqdim edəcək”. pizza sifarişi

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Resad Imanov
    Arxadan atılan daş topuğa dəyər. Şuşa adını həqiqətən də dəyişib Buta qoymusansa sonradan onu qaytarmağın heç bir mənası yoxdur. Hər şeyi yerində etmək lazım idi. Erməni dılğırının sözü ilə adı dəyişmək lazım deyildi. Hərçənd ki mən inanmıram ki qələt sözünü sən demisən. Amma əgər həqiqətən də demisənsə QƏLƏTİN YEKƏSİNİ SƏN ÖZÜN edirsən. (əgər demisənsə)
    4 years ago
  • Akif
    Görürsünüz, özəl fəaliyyət budur. Hamı özünü general-qubernator hesab edir. Məədniyyət Nazirliyinin rəhbərliyi dəyişildi, amma mahiyyət olduğu kimi qalır.Siz KVM -çilərin də, Müşfiqin də fikirlərinə baxın. Onlar sanki, bu məsələni özlərindən uzaqlaşdırmaq istəyir, Müşfiq isə kobud danışır. Mədəniyyət camesində olan şəxs belə danışmaz. Üzrxahlıq edər, deyər ki,xalqımızdan təcrübəsizliyə görə üzr istəyirik. Bu da bir dərs oldu.Qurtarıb gedirdi. Amma bunlar hamısı iddia ilə danışırlar.
    4 years ago