Müştərilərə qəlyan təklif edən şəxs həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Müştərilərə qəlyan təklif edən şəxs həbs olundu

Sosial

09 Dekabr 2021 15:10 569


Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində rayon ərazisində sanitar-epidemioloji normaları pozaraq müştərilərə qəlyan təklif edən çay evi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb, obyektə cavabdehlik daşıyan Sadiq Haqverdiyev barəsində qanunauyğun tədbir görülüb və məhkəmənin qərarı ilə 20 gün müddətinə inzibati qaydada həbs edilib. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!