Mütəxəssisdən mühüm açıqlama - Zəlzələ   XƏBƏRDARLIĞI

saytların hazırlanması

Evə çatdırılma

Mütəxəssisdən mühüm açıqlama - Zəlzələ XƏBƏRDARLIĞI

Sosial

09 Fevral 2024 19:27 1417


Qədim zamanlardan cəmiyyətdə belə bir iddia var ki, heyvanların bəzi hərəkətləri zəlzələ əlaməti hesab olunur. Bu səbəbdən bir sıra canlıların qəribə davranışları zaman-zaman insanlar arasında təşviş və narahatlıq yaradır. Maraqlıdır, hansı heyvanlar zəlzələ və digər təbii fəlakətləri hiss edir?

Məsələ ilə bağlı bitki mühafizəsi mütəxəssisi Allahverdi Mustafayev “Yeni Sabah”a açıqlama verib. Onun sözlərinə görə, heyvanların bəzi hisləri insanlardan daha çox inkişaf edib:

“Təbii fəlakətləri heyvanlar daha tez hiss edir. Bu onların şüuru ilə yox, hissiyatla bağlı bir məsələdir. Görmə, eşitmə, dadma, toxunma kimi duyğular heyvanlarda daha güclü inkişaf edib. Hər hansı təbii fəlakət baş vermədən əvvəl onun enerjisi və impluslar yayılmağa başlayır. Heyvanlar da həssas canlılar olduğu üçün bunu daha öncə hiss etməyə başlayırlar”.

Ekspert bildirir ki, hər bir canlının zəlzələyə reaksiyası fərqlidir:

“Bu canlılar insanlardan daha həssasdır. Onlar zəlzələni özünəuyğun xüsusiyyətinə görə hiss edə bilir. Burada ən həssas olan heyvanlardan biri balıqlardır. Ona görə də, Yaponiyada insanlar akvariumda balıq saxlayırlar. Zəlzələ zamanı balıqlar özlərini akvariumun divarlarına çırpır, yaxud suda arxası üstdə sakit dayanırlar. İtlər isə birlikdə hürüşməyə başlayır, qaramal yerində hərəkət etməyə başlayır və sakit dayana bilmir”.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!