Müxalifət Ermənistan prezidentini “xiyar” adlandırdı

Müxalifət Ermənistan prezidentini “xiyar” adlandırdı

Bölgə Veb saytların hazırlanması

05 İyul 2022 16:16 854


İyulun 5-də Ermənistan müxalifətinin “Müqavimət hərəkatı”nın tərəfdarları Konstitusiya Məhkəməsinin binasına yürüş ediblər. 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, etirazçılar Prezident iqamətgahına doğru da yürüyüblər.

“Prezident Konstitusiyanın təminatçısıdır. Amma bu gün o, heç bir iş görməyən, bir nəfərin əmrini yerinə yetirən və bostan bitkilərinin nümayəndəsidir. Bu prezident öz davranışı ilə sübut edir ki, xiyardan heç nə ilə fərqlənmir. Bu, sonuncunun şəxsiyyətinə deyil, davranışına və fəaliyyətinə verilən qiymətdir”, - deyə aksiya iştirakçıları bildiriblər.

Bu sözlərdən sonra etirazçılar Prezident iqamətgahına xiyar atmağa başlayıb və Ermənistan parlamentinin binasına doğru hərəkət ediblər.

Xatırladaq ki, iyulun 5-də Ermənistanda Konstitusiya Günü qeyd olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!