Müxalifətçinin üzünə tüpürən erməni spiker: Peşmanam

saytların hazırlanması

Evə çatdırılma

Müxalifətçinin üzünə tüpürən erməni spiker: Peşmanam

Rəsmi

06 Aprel 2023 18:06 924


Ermənistan parlamentinin sədri Alen Simonyan ermənilərdən üzr istəyib.

Yenisabah.az xəbər verir ki, Simonyan bu barədə "Facebook" hesabında yazıb.

"Mənə ünvanlanan şəxsi təhqirə əsəbiləşdiyim üçün peşmanam. Əminəm ki, ləyaqəti olan istənilən erməni belə təhqirə dözməz, lakin seçilmiş məmurun üzərinə qoyulan yüksək məsuliyyət çəkindirici rol oynamalıdır. Bu həm də mənim üçün bir dərsdir. Bu hadisə ilə əlaqədar mən Ermənistan Respublikasının bütün vətəndaşlarından üzr istəmək istəyirəm", - erməni spiker bildirib.

Qeyd edək ki, aprelin 2-də müxalif fəal Karen Mkrtçyanla spiker Simonyan arasında insident olub. Mkrtçyan canlı yayımda deyib ki, paytaxtın mərkəzində Alen Simonyanı görüb və onu "satqın" adlandırıb. Bundan sonra spiker Mkrtçyanın üzünə tüpürüb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!