Muxtar Babayev: Bakıda yağıntının miqdarı normadan 5 dəfə çox olub

saytların hazırlanması

Evə çatdırılma

Muxtar Babayev: Bakıda yağıntının miqdarı normadan 5 dəfə çox olub

Sosial

06 May 2026 10:57 115


Son 25 ildə Azərbaycanda temperatur anomaliyası 1,1 dərəcə selsi təşkil edib.

"Yeni Sabah" xəbər verir ki, bunu 5-ci Aqrobiznesin İnkişafı Forumunda çıxışı zamanı Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev deyib.

“2025-ci ildə ölkə üzrə orta temperatur 14,3 dərəcəyə çatıb. Bu isə əvvəlki dövrlərlə müqayisədə 1,6 dərəcə yüksəkdir. Ölkə üzrə ən yüksək orta temperatur 2021-ci ildə 16,2 dərəcə qeydə alınıb”, - deyə o vurğulayıb. pizza hut

Muxtar Babayev bildirib ki, ölkə üzrə istilik dalğaları da tez-tez baş verir və daha uzun davam edir:

“Son illərdə Bakıda 29, Gəncədə 16, Şəkidə 41, Lənkəranda isə 5 istilik dalğası qeydə alınıb. Ötən il ən uzun istilik dalğası 14 gün olmaqla Şəkidə, Bakıda isə 7 gün davam edib. Sel hadisələrinin sayı da artır. 2015-ci ildə ölkədə 15, 2020-ci ildə 36, 2025-ci ildə 33 sel hadisəsi baş verib. 2026-cı ilin ilk aylarında da bu tendensiya davam edib. Bəzi bölgələrdə yağıntının illik normasının yarısı cəmi bir neçə ayda qeydə alınıb. Aprel ayında isə bəzi rayonlarda yağıntının miqdarı normadan 1,5-3,5 dəfə, paytaxtda isə 5 dəfə çox olub”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!