Muxtar Babayev Şəmkirdə vətəndaşları qəbul edib - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Muxtar Babayev Şəmkirdə vətəndaşları qəbul edib - FOTOLAR

Sosial

23 Noyabr 2023 14:21 348


Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, noyabrın 23-də ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Şəmkir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. 

Nazirliyin mətbuat xidmətindən Yenisabah.az-a bildirilib ki, qəbuldan əvvəl nazir və Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər. 

Görüş zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, mineral xammal, işlə təminolunma və digər məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərlərinin isə araşdırılaraq zəruri tədbirlərin görülməsi üçün nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib.  Marqarita pizza

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!