Muzeyin direktoru: “Navalnını niyə Cavidin heykəli önündə yad edirlər?”

saytların hazırlanması

Evə çatdırılma

Muzeyin direktoru: “Navalnını niyə Cavidin heykəli önündə yad edirlər?”

Sosial

22 Fevral 2024 15:55 560


Fevralın 20-də Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old və ABŞ səfiri Mark Libbinin Hüseyn Cavidin heykəli önündə Aleksey Navalnının xatirəsini yad etməsi müzakirələrə səbəb olub.

Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, diplomat “X”  səhifəsində paylaşımında yazıb:

“Bu gün ABŞ səfiri Mark Libbi ilə yanaşı, həyatı boyu Rusiya demokratiyasının daha yaxşı gələcəyini müdafiə etmək üçün inanılmaz cəsarət göstərmiş Aleksey Navalnının xatirəsini ehtiramla yad etmək üçün Hüseyn Cavidin abidəsi önünə gül dəstələri qoydum”. Toyuqlu pizza

Hüseyn Cavidin Ev Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, ədəbiyyatşünas-alim Gülbəniz Babaxanlı məsələyə etirazını bildirib:

“Həmin ərazi Yasamal Rayon İcra Hakimiyyətinə aiddir. Çox təəccüb və təəssüf etdim ki, belə bir şeyə icazə veriblər. Düzgün deyil! Biz Hüseyn Cavidin özünə aid tədbirləri belə heykəlin önündə RİH-nin icazəsi ilə keçiririk. Məəttəl qalmışam ki, necə ola bilər, Navalnının xatirəsini qeyd edələr və bundan RİH-nin xəbəri olmaya?

Hüseyn Cavid parkında uşaq əyləncələrinə də, hər şeyə icazə verirlər. Əslində, buna da etiraz edirik ki, bəzən heykəlin qarşısında yelləncək qurur, heykəlin fonunu korlayırlar. Hüseyn Cavidin qızı Turan Cavid məndən əvvəl Ev Muzeyinə rəhbərlik edib. O, həmişə belə şeylərə etirazını bildirirdi ki, park Hüseyn Cavidin adını daşıyır, ona yer verilibsə, heykəlin tam qarşısındakı meydan həmişə boş olmalıdır. Çünki Cavidi sevənlər, ziyarətinə gələnlər çoxdur. Hər yoldan keçən ayaq saxlayıb heykəlin möhtəşəmliyinə baxır. Həmişə heyranlıqlarını bildirirlər. Niyə görə Navalnını heykəlin önündə yad etdiklərini bilmirəm. Hüseyn Cavidin Ev Muzeyinin bütün kollektivi adından bu məsələyə öz etirazımı bildirirəm!”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!