Nadir: Allah həmin gün canımı alsın

saytların hazırlanması

Evə çatdırılma

Nadir: Allah həmin gün canımı alsın

Şou

30 İyun 2026 17:30 92


"Allah məni övlad qazancına möhtac etməsin, həmin gün canımı alsın. Həmişə özüm qazanıb, özüm xərcləmişəm. Güclü olmuşam, gücsüzlüyə dözmərəm".

"Yeni Sabah" axşam.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "İncə səhər" verilişində deyib.

Müğənni qazancından, övladlarından danışıb: "Evdə 2 qızım var, 2 nəvəm böyüyür. Sağ olsunlar, qulluğumdadırlar. Bir yerdə yaşayırıq. Ata evində də yemək bişirib, bizdə də edir. Sağ olsunlar, həyat yoldaşım da var, biz min cavana dəyərik. pizza sifarişi

Deyirəm, Əntiqə, qızım, mənə çay gətir. İki dəfə gətirəcək, üçüncü dəfə "ah" çəkəcək. Mən o ahı eşitmək istəmirəm. Demirəm ki, indi elədir, yox. Sadəcə ola bilər. Həyat budur, heç kimə yük olmaq istəmirəm. Mənə 100 yaş arzulamayın. Öz qapımı özüm aça bilim. Yaşamağın da, ölməyin də zamanı var".

Qeyd edək ki, N.Qafarzadənin Əziz və Loğman adlı iki oğlu var. Onlar ailəlidir və övladları var. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!