Nadir Qafarzadə bəzi həmkarlarının bahalı hədiyyələri sosial şəbəkələrdə nümayiş etdirməsini tənqid edib.
“Yeni Sabah” xəbər verir ki, ifaçı “Sevilən səhər” verilişində bu cür paylaşımların insanlarda paxıllıq və narazılıq hissi yarada biləcəyini deyib:
“Elə şeylər var ki, məndə var, başqasında yoxdur. Ya da başqasında var, məndə yoxdur. Ona görə də göz və nəfs qalır. İnsan belə şeylərə baxanda əhvalı pozulur ki, niyə məndə yoxdur? Belə olanda insanlarda nifrət hissi yaranır. Elə şeylər var ki, ümumiyyətlə göstərməməliyik”. Dördpendirli pizza
Müğənni avtomobil alan şəxslərin bunu sosial şəbəkədə nümayiş etdirməsini də tənqid edib:
“Maşının var, nə xoş sənə. İndi dəb düşüb, hamı maşın alıb onun sellofanlarını soymağını çəkib paylaşır. Görməmişsiniz? Camaat tank, təyyarə sürür”.
Aydan Hacı
Telegram kanalımız