Nadir Qafarzadə kriminal aləmə qoşulub? - Foto

saytların hazırlanması

Evə çatdırılma

Nadir Qafarzadə kriminal aləmə qoşulub? - Foto

Şou

21 Avqust 2019 11:58 1375


Müğənni Nadir Qafarzadə sosial şəbəkədə səs-küy yaradan foto paylaşıb. 

“Yeni Sabah” xəbər verir ki, ifaçının bıçaq və pulqabısını stolun üstünə qoyaraq çəkdirdiyi fotosu “Instagram” istifadəçilərini təəccübləndirib.

Müğənninin fotonu “Pulqabı, ya həyat”, - şərhi ilə paylaşması da diqqət çəkib. pizza sifarişi

Bu foto onun izləyiciləri tərəfindən heç də xoş qarşılanmayıb. Onlar müğənnini kriminal aləmə çağırış etməkdə günahlandırıblar:

“Bunları təbliğ etməyə nə ehtiyac var ki?”, “Bıçaq lazım deyildi, axı sən el sənətkarısan”.

Xatırladaq ki, N.Qafarzadə bundan bir müddət öncə də “oğru dünyası”nın məşhur siması, mərhum Rövşən Lənkəranski haqqında belə bir paylaşım etmişdi: 

"Toyunu oxuduğum oğlanlar həmişə yaxşı oğlanlar olurlar! Bu da yəqin mənim xoşbəxtliyimdir. Allah rəhmət etsin! Unudulmayanlar silsiləsindən!"

Əsmətxanım

 

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!